“Xəzər-Lənkəran” “River Side”də
05.03.2010 - 17:18
“Xəzər-Lənkəran” “River Side”də
“Xəzər-Lənkəran” klubu Azərbaycan kuboku uğrunda 1/4 final mərhələsində “Qarabağ”la ilk oyuna ciddi itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın Lüksemburqla oyununda zədələnən Kamran Ağayev, bərpa prosesi keçən digər qapıçı Zabit Səfərov və braziliyalı yarımmüdafiəçi Dieqo Qusmao komanda ilə birgə səfərə çıxmayıb. Dieqo bir müddət öncə sındığı əlində ağrılar hiss edib. Əvəzində hələlik fərdi plan üzrə çalışan moldovalı Denis Kalinkovla zədəsini sağaltmış Ruslan Poladov komanda ilə birgə Mingəçevirə yollanıb. Ruslandan fərqli, Moldova yığmasının 24 yaşlı hücumçusunun Ağdamda meydana çıxması real deyil.

Qeyd edək ki, ənənəyə uyğun Kür sahilində yerləşən “River Side” mehmanxanasında məskunlaşan “Xəzər-Lənkəran” son məşqini bu gün Mingəçevirdəki Yaşar Məmmədzadə adına şəhər stadionunda keçirib.
0