Abramoviç məşhur futbolçunu xanımı ilə barışdırdı - FOTO
05.03.2010 - 18:07
Abramoviç məşhur futbolçunu xanımı ilə barışdırdı - FOTO
İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç bir ailənin dağılmasının qarşısını alıb. Apasport.az saytının məlumatına görə, rusiyalı milyarder komandasının futbolçusu Eşli Koulla xanımı Şerili barışdırmağa qərar verib.

Buna “Girls Aloud” qrupunun məşhur müğənnisi ilə müdafiəçi arasında yaşananların Abramoviçi təngə gətirməsi səbəb olub. Belə ki, Eşlinin xəyanətindən sonra gözəlçə 6 milyon funt sterlinq dəyərində olan villasında qapanmışdı. Bir müddət əvvəl komandanın kapitanı Con Terrinin də analoji problemlər yaşadığını bilən Abramoviç “Çelsi” üçün sevgi qalmaqallarını kifayət etdiyini dərk edib. Və özü də Koullar məsələsinə nöqtə qoyub. Eşli ilə Şerili restorana dəvət edən Abramoviç şəxsən özü onlarla söhbət etməyi lazım bilib. Bundan sonra cütlük barışıb. Milyarderin məsələyə belə müdaxiləsindən sonra bukmekerlər Koulların boşanıb-boşanmayacağı ilə bağlı pul qoyuluşlarını dayandırıb.
0