Maşallah Əhmədov: Bu dəyişiklik zəruri idi
06.03.2010 - 01:21
Maşallah Əhmədov: Bu dəyişiklik zəruri idi
“Yenilikdir. Sevindirici bir haldır ki, köhnə loqodan qurtulduq”. Apasport.az saytının xəbərinə görə, bunu veteran futbolçu Maşallah Əhmədov deyib.

AFFA-nın yeni loqosunun çox gözəl tərtib olunduğunu bildirən Əhmədovun fikrincə, bu dəyişiklik zəruri idi: “İndi göz oxşayır. Hesab edirəm ki, bu dəyişiklik zəruri idi. Yeni loqonun Azərbaycan futboluna düşərli olmasına arzulayıram”.

Digər veteran futbolçu Musa Qurbanov da loqonu bəyənib: “Çox bəyəndim, təqdirəlayiq haldır. Kimin ağlına gəlibsə, dəstəkləyirəm. Ağıllı fikirdir. Azərbaycanın bayrağının rənglərinin loqoda öz əksini tapması çox yaxşı haldır. Əvvəlki loqo ilə müqayisədə yenisi gözə xoş gəlir”.
0