Türkiyə - Rusiya matçında əlbəyaxa döyüş - FOTOSESSİYA
06.03.2010 - 12:25
Türkiyə - Rusiya matçında əlbəyaxa döyüş - FOTOSESSİYA
Türkiyə və Rusiyanın 19 yaşadək futbolçulardan ibarət milli komandaları arasında keçirilən oyun dava-dalaşla qurtarıb. Apasport.az saytının məlumatına görə, Bodrumda baş tutan matçın son dəqiqələrində futbolçular əsəblərini cilovlaya bilməyiblər.

Birinci hissədə hesab açılmasa da, fasilədən sonra komandalar hərəyə 2 qol vurublar. Görüşün axırıncı dəqiqələrində isə türkiyəli və rusiyalı futbolçular əlbəyaxa döyüşə başlayıblar. Texniki
və məşqçilər heyəti onları sakitləşdirə bilməyib. Belə olan halda, təhlükəsizliyi qoruyan polislər də meydançaya daxil olaraq, olaya müdaxilə ediblər. Yalnız bundan sonra davanın qarşısını almaq mümkün olub.

Hadisə zamanı oyunçulardan heç kimin ciddi xəsarət almadığı bildirilir.
0