Tükürpədici zədələr - FOTOSESSİYA
06.03.2010 - 14:28
Tükürpədici zədələr - FOTOSESSİYA
Futbolda tez-tez ciddi zədələrə rast gəlinir. Əzələ dartılması, diz zədələri, burxulma və s. Ən dəhşətli zədə isə ayağın sınmasıdır. İndiyədək bir neçə oyunçu məhz ayaqlarının sınmasına görə ya futbolla birdəfəlik vidalaşıb, ya da uzun fasilədən sonra çətinliklə geri qayıdıb. Bu mənada Fransa yığmasının üzvü Cibril Sisse fərqlənir. Peşəkar karyerasında onun iki dəfə ayağı sındırılıb. Hər halda, 28 yaşlı futbolçu özündə güc taparaq, sağalıb və hazırda karyerasını “Panatinaikos”da davam etdirir.

Apasport.az saytı dəhşətli zədələnmə anlarından fotoları təqdim edir:

1. Devid Basst, “Mançester Yunayted” - “Koventri Siti”, 1996-cı il. Devidin ayağının sındığı epizod o qədər dəhşətli olub ki, “Mançester Yunayted”in o vaxtkı qapıçısı Peter Şmeyhel özünü itirərək kənara çəkilib, əlləri ilə üzünü tutub.

2. Lyuk Nilis, “İpsviç Taun” - “Aston Villa”, 2000-ci il.

3. Cibril Sisse, Fransa - Çin, 2006-cı il.

4. Henrik Larsson, “Lion” - “Seltik”, 1999-cu il.

5. Alan Smit, “Liverpul” - “Mançester Yunayted”, 2006-cı il.

6. Yakob Olsen, “Viborq”, 2006-cı il.
0