Bülənt Korkmazın təəssüfü
06.03.2010 - 22:19
Bülənt Korkmazın təəssüfü
Bu gün Azərbaycan Kuboku uğrunda yarışların 1/4 final mərhələsinin oyunlarına start verildi. Apasport.az saytının xəbərinə görə, "Bakı" və "Standard" arasında keçirilən ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındı. Oyundan sonra komandaların baş məşqçiləri fərqli fikirlər səsləndirib.

Bülənt Korkmaz ("Bakı"): "Kubokun ilk oyununda üstünlük qazanıb, cavab qarşılaşmasına daha rahat hazırlaşmaq istəyirdik. Təəssüf ki, istədiyimiz kimi alınmadı. Komandamdan ümumilikdə razı qaldım. Cavab oyununda qalib gəlməyə çalışacağıq."

Böyükağa Hacıyev ("Standard"): "Bugünkü oyuna bir sıra itkilərlə çıxmışdıq. Hər iki qapıçımız zədəli idi. Pavel Xarçikə oyun öncəsi ağrıkəsici iynə vurmuşduq. Fikrimcə hesab oyuna görə oldu. Komandamız böyük istəklə oynadı. Qarşıda hələ cavab oyunu var, qalib məhz bu oyunda bilinəcək. "Bakı"ya uğurlar arzu edirəm."

Pfl.az
0