“Bakı” “Qarabağ”la razılaşdı
07.03.2010 - 12:40
“Bakı” “Qarabağ”la razılaşdı
Ağdamın Quzanlı qəsəbə stadionundakı təmir işləri ilə əlaqədar martın 12-də keçirilməsi nəzərdə tutulan "Qarabağ" - "Bakı" oyunu Quzanlıda deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu haqda apasport.az saytına klubun mətbuat xidmətindən məlumat veriblər. Bildirilir ki, klublar arasındakı qarşılıqlı razılaşmaya əsasən aprelin 17-də Bakıda keçirilməsi nəzərdə tutulan "Bakı" - "Qarabağ" oyunu isə Quzanlıda baş tutacaq.
0