Ağasəlim Mircavadov: Bizim üçün hələ heç nə bitməyib, növbəti oyunu fikirləşirik
07.03.2010 - 16:36
Ağasəlim Mircavadov: Bizim üçün hələ heç nə bitməyib, növbəti oyunu fikirləşirik
“Kubok oyunları iki qarşılaşmadan ibarət olduğundan, bizim üçün hələ heç nə bitməyib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”a qarşı bu gün Quzanlı qəsəbəsində keçirilən oyundan sonrakı mətbuat konfransında “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Mircavadov meydançanın ot örtüyünün və güclü küləyin istədikləri oyunu nümayiş etdirməyə mane olduğunu bildirib: “Biz indi növbəti oyun barədə fikirləşirik. Təbii ki, bizə ancaq qələbə sərf edir. Hər iki komandanın mübariz oyunundan isə razı qaldım”.

Xatırladaq ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin bu gün keçirilən “Qarabağ” – “Xəzər-Lənkəran” oyunu 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
0