“Komandamızdan gedən legionerlərin səviyyəsi daha üstün idi”
07.03.2010 - 17:30
“Komandamızdan gedən legionerlərin səviyyəsi daha üstün idi”
Azərbaycan Kuboku uğrunda yarışların 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Simurq" Zaqatalada Bakının "Olimpik-Şüvəlan" klubunu qəbul etdi. Apasport.az saytının xəbərinə görə, başladığı kimi başa çatan (0:0) qarşılaşmadan sonra baş məşqçilər oyun haqda fikirlərini bildiriblər.

Roman Pokora, "Simurq" klubunun baş məşqçisi: "Bugünkü oyunda qalib gəlmək istəyirdik. Təəssüf ki, qol vura bilmədik. Amma buna baxmayaraq, futbolçularımın göstərdiyi oyundan razı qaldım. Komandadan gedən legionerlərin səviyyəsi daha üstün idi".

Nazim Süleymanov, "Olimpik-Şüvəlan" klubunun baş məşqçisi: "Kubokun ilk oyununda qələbə qazanıb, cavab oyunu üçün əlverişli nəticə əldə etmək istəyirdik. Həm müdafiədə, həm də hücumda bir sıra səhvlərimiz oldu. Qalib gələ bilmədiyimiz üçün təəssüf edirəm".
0