“Neftçi”nin baş məşqçisi də vaxt istəyir: Zamana ehtiyac var
07.03.2010 - 17:36
“Neftçi”nin baş məşqçisi də vaxt istəyir: Zamana ehtiyac var
“Matça ciddi hazırlaşmışdıq. İlk hissədə oyun üstünlüyü bizim tərəfimizdə idi. Sadəcə, yaranan fürsətlərdən istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”ə qarşı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyundan sonrakı mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

Əsədov ilk qoldan sonra komandanın oyununun sanki dayandığını söyləyib: “Matçın sonlarına yaxın isə fiziki cəhətdən çatdıra bilmirdik. Rəqibi təbrik edirəm. “Neftçi”nin oyununda dəyişiklər üçün zamana ehtiyac var. Hazırda əlimizdə olan futbolçular bunlardır. Növbəti oyunlarda uğur qazanmağa çalışacağıq”.
0