“Azərbaycan komandaları arasında böyük fərq yoxdur” - FOTO
08.03.2010 - 16:29
“Azərbaycan komandaları arasında böyük fərq yoxdur” - FOTO
"Neftçi"nin baş məşqçisi postundan istefa verdikdən sonra istirahət edirəm. Ailəmə vaxt ayırmağa çalışıram". Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və "Neftçi"nin sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.

Sadıqov məşqçi fəaliyyətini dondursa da, Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən ilkin görüşləri izləyib: "Kubok oyunları göstərdi ki, Azərbaycanda klublar arasında böyük fərq yoxdur. Yəni, bu komanda, digəri ilə başabaş mübarizə aparmağa qadirdir".

O, sabiq komandası "Neftçi"nin "İnter"ə böyük hesabla məğlub olmasına baxmayaraq, mübarizə aparacağına ümid bəsləyir: "Əlbəttə, ilk oyundan sonra üstünlük "İnter"in tərəfinə keçib. İndiki hesabı nəzərə alsaq, “İnter”in növbəti mərhələ şanslarını daha yüksək qiymətləndirmək olar. Buna baxmayaraq, mən ikinci oyunun maraqlı idman mübarizəsi şəraitində keçəcəyinə inanıram".
0