“Neftçi”: Yeni vəzifədə, köhnə sima - FOTO
08.03.2010 - 16:53
“Neftçi”: Yeni vəzifədə, köhnə sima - FOTO
Azərbaycan yığmasının sabiq üzvü İqor Getman "Neftçi"yə qayıdıb. Apasport.az saytının məlumatına görə, Getman bu klubda aşağı yaş qrupları üzrə komandaların ümumi nəzarətçisi təyin olunub. Gənc mütəxəssis artıq yeni işinin icrasına başlayıb. İqor Getmanın təyinatı Vaqif Sadıqovun istefasından sonra gerçəkləşib.

Getman Sadıqovun gəlişinə qədər klubda baş məşqçinin köməkçisi kimi çalışırdı. Sadıqov gələndən sonra Arif Əsədovu saxlayıb, Getmanı məşqçi korpusundan uzaqlaşdırdı. 39 yaşlı İqor Getmanın "Neftçi"yə xüsüsi bağlılığı var. Belə ki, fasilələrlə 11 il formasını geyindiyi komandanın liderlərindən biri olub.

O, futbolçu karyerasına 1989-cu ildə "Termist"də başlayıb. Ardıcıllıqla "Dinamo" (Bakı), "Neftçi" (Bakı), "Dinamo" (Stavropol), "Anji" (Mahaçqala)nın formasını geyinib. Getman peşəkar karyerasına 2007-ci ildə "Neftçi"də son qoyub.

Getman 1995-2001-ci illərdə Azərbaycan yığmasına çağırılıb. İştirak etdiyi 24 oyunda qol vurmayıb.
0