Vertolyot stadiona düşdü - FOTO
09.03.2010 - 09:59
Vertolyot stadiona düşdü - FOTO
Qvatemalanın eyniadlı paytaxtında aviaqəza baş verib. Apasport.az saytının məlumatına görə, Ruzvelt adına İdman Kompleksinin futbol meydanlarından birinə vertolyot düşüb. Xoşbəxtlikdən həmin vaxt meydançada heç kim olmayıb.

Lakin hava nəqliyyatındakılar xəsarətdən qurtula bilməyiblər. Qvatemalanın müdafiə nazirinin sabiq müavini Mario Silyesarın idarə etdiyi vertolyotda onunla yanaşı, digər 5 sərnişin də yaralanıb və dərhal xəstəxanaya çatdırılıblar. Sabiq nazir müavini Kiş şəhərindəki su elektrik stansiyasına baş çəkməkdən geri qayıdırmış. Qəzaya isə yanacağın tükənməsi səbəb olub.
0