Honduras yığması niyə Azərbaycan millisi ilə qarşılaşır?
09.03.2010 - 10:30
Honduras yığması niyə Azərbaycan millisi ilə qarşılaşır?
Honduras milli komandasının Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinin iştirakçısı olan mərkəzi amerikalıların hazırlıq məqsədilə millimizi seçməsi səbəbsiz deyilmiş.

Honduraslılar mundial ərəfəsində Almaniya və Avstriyada keçiriləcək təlim-məşq toplanışında Azərbaycanla oynamağa məcbur olub. Yığmanın baş məşqçisi Reynaldo Rueda bunu belə izah edib: “Biz nə Braziliya, nə də Almaniyayıq. Hər halda, belə olsaydı rəqiblərlə bağlı geniş seçim imkanına malik idik. Ən çox istədiyimiz Fransa və İtaliya ilə yoldaşlıq görüşü keçirmək idi. Lakin nə etmək olar? Razılaşdığımız 4 rəqiblə - Belarus, Azərbaycan, Rumıniya və Cənubi Koreya ilə kifayətlənəcəyik. Əslində, mən onların üçü ilə oynamağı planlaşdırırdım. Amma hamısı ilə razılıq əldə olundu”.

Qeyd edək ki, Azərbaycan – Honduras oyunu mayın sonları iyunun əvvəlində keçiriləcək.
0