“Qalatasaray”a daha bir zərbə
09.03.2010 - 10:35
“Qalatasaray”a daha bir zərbə
İstanbulun “Qalatasaray” klubu Türkiyə Superliqasında daha bir zərbə alıb. Apasport.az saytının məlumatına görə, Frank Raykardın yetirmələri ölkə çempionatının XXIV turunda səfərdə “Əskişəhərspor”a uduzublar - 1:2.
“Cim Bom” ilk qolu 43-cü dəqiqədə qapısından buraxıb. “Əskişəhərspor”lu Koray 46-cı dəqiqədə özünün və komandasının ikinci qolunu vurub.

“Qalatasaray” 72-ci dəqiqədə Dos Santosun sayəsində fərqi minimuma endirsə də, məğlubiyyətdən yaxa qurtarmaq mümkün olmayıb.
Hesabat turunda “Fənərbaxça” “Antalyaspor”u 1:0 hesabı ilə üstələyib. “Beşiktaş” - “Ankaraspor” oyununda isə birincilərə texniki qələbə verilib.

Hazırda “Qalatasaray” 50 xalla zirvədə qərarlaşıb. Əzəli rəqibindən 2 xal geri qalan “Fənərbaxça” ikinci pillədədir. “Bursaspor” isə 46 xalla potensial liderdir. Çünki bursalıların ehtiyatda iki oyunları var. Bu komandanın XXIV turda səfərdə “Diyarbəkirspor”la görüşü azarkeşlərin meydançaya yad əşyalar tullaması ucbatından yarımçıq qalıb.
0