Sergey Alekseyev: “Neftçi” klubundan ayrıldığım üçün peşman deyiləm
09.03.2010 - 10:37
Sergey Alekseyev: “Neftçi” klubundan ayrıldığım üçün peşman deyiləm
“Elə alındı ki, mövsüm öncəsi yer aldığım “Neftçi” klubunda qalası olmadım. Açığı, Azərbaycan çempionatında qalmağı istəmirdim. Buna görə gedişimə peşman deyiləm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moldova milli komandasının futbolçusu Sergey Alekseyev deyib.

Unibank Premyer Liqasında yaranan fasilə müddətində Bakının “Neftçi” klubuna baxışa gələn 24 yaşlı hücumçu bəyənilsə də, keçidi son anda baş tutmadı. “Ağ-qaralar”la müqavilə, maddi məsələlərdə razılığa gəlməyən Alekseyev Ukraynanın yüksək liqasında çıxış edən “Zakarpatye”yə keçdi. Orada qol hesabını son turda Xarkovun “Metallist” klubu ilə görüşdə açan Sergey qələbə topunun müəllifi olub – 1:0.

Alekseyevin “Neftçi”yə transferinin baş tutmamağında meneceri, FİFA agenti İon Karp daha çox günahlandırılır. Ancaq həmyerlisinin müdafiəsinə qalxan moldovalı futbolçunun sözlərinə görə, Azərbaycandan güclü çempionatda oynamaq istəyirmiş: “Mətbuatdan oxudum ki, guya transferimin pozulmasında agent Karp günahkardır. Ancaq bu, belə deyil. O, transferin baş tutmamağında təqsirli deyil. İnanın ki, mən özüm orada qalmağı istəmirdim. Əvəzində indi Ukraynada oynayıram”.
0