1 oyunda 11 qırmızı vərəqə
09.03.2010 - 10:49
1 oyunda 11 qırmızı vərəqə
Türkiyə futbolunda dünyada analoqu olmayan hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, Girəsun Super Həvəskar Liqasında keçirilən matç gözlənilməz sonluqla yekunlaşıb.

Belə ki, çempionatın autsayderləri - “Keşap Belediyespor” və “Bulancak İhsaniye Gençlikspor” arasında keçirilən matç gərginliyi ilə yadda qalıb. Meydan sahibləri 61-ci dəqiqədə hesabı açıblar. Onlar qələbəni bayram etməyə hazırlaşarkən, daha doğrusu 90+3-cü dəqiqədə “Bulancak İhsaniye Gençlikspor” tarazlığı bərpa edib. Qoldan sonra mübahisəyə görə baş hakim Ulaş Birleş “Keşap Belediyespor”dan Abdullahı meydandan qovub.

90+4-cü dəqiqədə qonaqların hesabı 2:1-ə çatdırması hadisələrin kulminasiya nöqtəsi olub. “Bulancak İhsaniye Gençlikspor” futbolçularının qol sevinci ev sahiblərinin xoşuna gəlməyib və nəticədə dava-dalaş başlayıb. Təxminən 15 dəqiqə davam edən əlbəyaxa döyüş texniki heyətin və polislərin müdaxiləsi nəticəsində yatırılıb. Buna görə hakim “Keşap Belediyespor”un 8, “Bulancak İhsaniye Gençlikspor”un isə 2 üzvünə qırmızı vərəqə göstərib. Tərəflərin birində oyunçuların sayı 7-dən aşağı düşdüyündən, ədalət təmsilçisi matçın yarımçıq dayandırılmasına qərar verib.
0