Dieqo Maradona azərbaycanlı futbolçunu “lom” adlandırdı
09.03.2010 - 10:50
Avropa Liqasının 1/8 final matçında İspaniyanın “Atletiko” komandasının futbolçusu Serxio Aqueronun sifətinə dirsək zərbəsi ilə xəsarət yetirən Türkiyənin “Qalatasaray” klubunun müdafiəçisi Sərvət Çətin Argentina yığmasının baş məşqçisi Dieqo Maradonanı qəzəbləndirib. Lent.az-ın məlumatına görə, Maradona jurnalistlərə açıqlamasında Sərvətin hərəkətinə kəskin reaksiya verib.
Baş məşqçi əslən azərbaycanlı oyunçu haqda deyib: “Bir ulduz futbolçunun başına dirsək zərbəsi endirən müdafiəçiyə çox az halda rast gəlinir. Təəssüf ki, Sərvət kimi “lomlar” da futbolçu olur”.
Təcrübəli müdafiəçi isə həmin hərəkətinin epizodla bağlı olduğunu bildirib: “Maradonaya isə cavab vermərəm”.
Qeyd edək ki, Serxio Aquero Dieqo Maradonanın kürəkəni və Argentina yığmasının hücumçusudur.

- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0