Döşəmə braziliyalı futzalçını öldürdü - FOTO
09.03.2010 - 11:18
Döşəmə braziliyalı futzalçını öldürdü - FOTO
Braziliya futzalçı Robson Kosta meydanda aldığı xəsarətdən dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı idmançı üçün “Quaparava-Deportivo” ilə “Palmeyras” arasında görüş sonuncu olub.

O, “200 illik kubok” uğrunda turnirin matçında ölümünə səbəb olan zədə alıb. Robson komandasının hücumu zamanı sürüşmə fəndi edərkən döşəmədən qopan taxta parçası onun bədəninə sancılıb. Taxta parçası futzalçının baldır nahiyəsindən mədəsinə qədər olan hissəni cırıb. Kosta təcili surətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm faktı ilə bağlı cinayət işi açılıb.
0