Azərbaycan çempionu: Van der Sar mənə cavab vermir
09.03.2010 - 11:38
Azərbaycan çempionu: Van der Sar mənə cavab vermir
“Bakı” klubunun sabiq futbolçusu Andrey Ştoltsers “Mançester Yunayted”ın qapıçısı Edvin van der Sarı ittiham edib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı latviyalı futbolçu bir vaxtlar komanda yoldaşı olduğu hollandiyalı qolkiperi ulduz xəstəliyinə tutulmaqda günahlandırır.

Hazırda karyerasını İngiltərənin həvəskar komandalarında davam etdirən Ştoltsers “Fulhem”də yaxın olduğu insanlarla münasibətlərinin fərqli olduğunu bildirib: “Londonluların skautu Kit Saymon indi də mənə kömək edir. Fransalılar Alen Qoma və Stid Malbrandla dostluğumuzu indiyədək davam etdiririk. Edvin van den Sar ilə əlaqə qurmağa çalışdım. Lakin “Mançester Yunayted”ə keçəndən sonra ulduz xəstəliyinə tutulub. Yazdığım sms-lərin heç birinə cavab vermir”.

Qeyd edək ki, Ştoltsers 2005/06 mövsümündə “Bakı”nın şərəfini qoruyub. Paytaxt təmsilçisi həmin mövsüm tarixində ilk dəfə Azərbaycan çempionu olub.
0