“Neftçi” özünə gəlmək istəyir
09.03.2010 - 13:52
“Neftçi” özünə gəlmək istəyir
Bakının “Neftçi” klubu Azərbaycan kuboku uğrunda 1/4 final mərhələsində “İnter”lə ilk kubok oyunundan sonra hazırlığını bərpa edib. Komandanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, məşqlərini davam etdirən “ağ-qaralar” bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda hazırlıq keçib. Zədəli futbolçulardan kapitan Zaur Tağızadə ilə estoniyalı Taavi Rahn fərdi şəkildə məşq edib. Zaur hələ cari mövsümün ilk dövrəsində dizində aparılan cərrahiyyə əməliyyatından sonra yaşıl meydana dönməyibsə, Taavi “İnter”lə böyük hesabla uduzduqları (0:3) görüşdə iştirak etməyib.

Qeyd edək ki, “Neftçi” sonrakı iki oyununu da məhz “İnter”lə keçirəcək. Bu, martın 13-də Unibank Premyer Liqasında “altılığ”ın ilk turunun, 4 gün sonra ölkə kubokunda cavab görüşüdür. Hər iki oyun “Şəfa” stadionunda baş tutacaq.
0