İdahor dünyasını dəyişdi
09.03.2010 - 14:03
İdahor dünyasını dəyişdi
Nigeriya futbolunda faciə baş verib. Apasport.az saytının məlumatına görə, bu ölkənin futbolçusu İdahor dünyasını dəyişib.

Ancaq onun milli çempionatımızda, 2004-2006-cı illərdə Bakının “İnter” klubunda çıxış edən həmyerlisi Laki İdahorla bağlılığı yoxdur. Ölən Sudanda çıxış edən Endurans İdahordur. Ölkə kuboku uğrunda oyunda huşunu itirən nigeriyalı futbolçunun nəfəsi kəsilib. İdahora elə meydanda tibbi yarım göstərilsə də, bu, ona kömək olmayıb. Endurans təcili tibbi yardım maşınında xəstəxanaya gedərkən yolda vəfat edib. İlkin diaqnoza görə, İdahorun 25 yaşında ölümünə səbəb ürək çatışmazlığı olub.
0