Bəhram Bağırzadə də AFFA-nın yeni loqosundan danışdı
09.03.2010 - 14:29
Bəhram Bağırzadə də AFFA-nın yeni loqosundan danışdı
“AFFA-nın Konfransında qurumun loqotipinin yenisi ilə əvəzlənməsi barədə məlumatım var. Daha doğrusu, yeni loqonu görmüşəm və çox bəyənirəm”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakılı oğlanlar”ın sabiq üzvü Bəhram Bağırzadə deyib.

Onun fikrincə, yeni qəbul olunmuş loqoda milli rəmzlər daha qabarıq şəkildə əks olunub: “Dövlət bayrağımızın rəngləri, Odlar Yurdunu əks etdirən alov dilləri və futbol topunun cizgiləri ümumi kompozisiyanı uğurlu şəkildə tamamlayır. Ümid edirəm ki, yeni loqotip uğurlu olacaq və futbolçularımız üzərində bu loqonun əks olunduğu formalarla çıxış etdikləri oyunlarda qələbələr qazanacaqlar”.
0