Reynaldo Rueda: Azərbaycan yığması əsl biz istədiyimiz rəqibdir
09.03.2010 - 14:43
Reynaldo Rueda: Azərbaycan yığması əsl biz istədiyimiz rəqibdir
Azərbaycan milli komandasının Hondurasla keçirəcəyi yoldaşlıq matçının yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, mayın sonları - iyunun əvvəllərində baş tutacaq görüş Avstriya stadionlarının birində oynanılacaq.

Belə ki, mərkəzi amerikalıların baş məşqçisi Reynaldo Rueda vətənində verdiyi müsahibədə dünya çempionatının CAR-da keçiriləcək final mərhələsinə hazırlığın bütün detallarını açıqlayıb. Millimizlə görüş də həmin toplanışa təsadüf etdiyindən, mütəxəssis bu oyun haqda da danışıb: “Yığma üzvləri mayın 14-də Almaniyanın Heydelberq şəhərində bir araya gələcəklər. Burada 10 günlük hazırlıqdan sonra Avstriyaya yollanacağıq. Planlaşdırdığımız yoldaşlıq matçlarının hamısını da elə orada – toplanışın son mərhələsində keçirəcəyik. Rəqiblərimiz gücünə görə bir-birindən fərqlənir. Rumıniya yığması digərləri ilə müqayisədə daha güclü və nüfuzlu sayılır. Azərbaycan və Belarusa gəlincə, onlar da rəqabətə davamlı, əsl biz istədiyimiz rəqiblərdir. Ümid edirəm ki, bunu KXDR-ə də aid etmək olar. Ola bilər ki, həmin qarşılaşmaların bəziləri qapalı olsun. Bunu Avstriyaya getməzdən əvvəl Almaniyada müəyyənləşdirəcəyik”.

Qeyd edək ki, Azərbaycan və Honduras milli komandaları tarixlərində ilk dəfə qarşılaşacaqlar.
0