Xaqani Məmmədov üçün tapşırıq
09.03.2010 - 15:45
Xaqani Məmmədov üçün tapşırıq
Aşağı yaş qrupları üzrə ölkə birinciliklərində baş verənlərə AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında aydınlıq gətirilib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, komitə U-13 Liqasının “Lerik” – “Xəzər-92” matçındakı hadisəyə də münasibət bildirib.

İmişlidə keçirilən Mərkəz və Cənub zonasının həmin qarşılaşmasında lisenziyası olmayan futbolçunun meydana çıxdığı aşkarlanıb. “Lerik” klubunun formasını geyən Uğur Səbziyevin yarışda çıxış etmək hüququ olmasına baxmayaraq, görüşün hakimləri buna əhəmiyyət verməyib. Buna görə komandaya texniki məğlubiyyət verilməsi nəzərdə tutulsa da, “Xəzər-92” klubunun 4:0 hesablı qalib gəldiyini nəzərə alan komitə oyunun nəticəsi olduğu kimi saxlamağa qərar verib.

Bundan başqa İntizam Komitəsi futbolçunun lisenziyası olmadığı halda matçda iştirak etdiyi üçün qarşılaşmanın hakimləri haqda ölçü götürülməsini lazım bilib. Ədalət təmsilçilərinin qeyri peşəkarlığı haqda qərar çıxarmaq isə Xaqani Məmmədovun başçılıq etdiyi Hakimlər Komitənə tapşırılıb.
0