Bülənt Korkmaz ajiotajla üzləşdi: Azərbaycana gəldiyim üçün peşman deyiləm
09.03.2010 - 16:17
Bülənt Korkmaz ajiotajla üzləşdi: Azərbaycana gəldiyim üçün peşman deyiləm
“Mən “Qalatasaray”a bağlı adamam. Aşağı yaş qruplarından baş məşqçi postuna qədər yüksəlmişəm. Baş məşqçiliyi qəbul edərkən, “Qalatasaray”ın vəziyyəti pis idi. Komandada zədəlilərin sayı çox, əhval-ruhiyyə aşağı səviyyədə idi. Üstəlik, Fernando Meyranın satılması işimizə pis təsir göstərdi. Hər halda, onlar da mənimlə davam etməkdə maraqlı deyildilər. “Qalatasaray”dan ayrılandan sonra Türkiyədə bir müddət işləmək istəmədim. Bu səbəbdən də “Bakı”dan gələn təklifi qəbul etdim”. Apasport.az saytının məlumatına görə, bunu bu gün Qafqaz Universitetində tələbələrlə görüşən “Bakı” klununun baş məşqçisi Bülənt Korkmaz deyib.

Türk çalışdırıcı Azərbaycana gəldiyinə görə peşman olmadığını bildirib: “Burada uşaq futbolunun inkişafına, infrastrukturun yaradılmasına böyük önəm verilir. Təbii ki, Azərbaycan futbolu inkişaf mərhələsinə yenicə qədəm qoyub. Hər şeyin bir anda baş verməsi mümkünsüzdür. Zirvəyə pillə-pillə qalxmaq lazımdır. İnanıram ki, Azərbaycan futbolunun inkişafına töhfə verəcəyəm”.

Bülənt Korkmaz tələbələr tərəfindən ajiotajla qarşılanıb.
0