AFFA rəhbərliyi prezidentləri qəbul edib
09.03.2010 - 16:49
AFFA rəhbərliyi prezidentləri qəbul edib
AFFA rəhbərliyi Regional Futbol Federasiyalarının (RFF) prezidentləri ilə görüşüb. Apasport.az-ın assosiasiyanın rəsmi internet saytına istinadən məlumatına görə, federasiya başçılarını qurumun baş katibi Elxan Məmmədov qəbul edib.

Bu gün keçirilən görüş AFFA-nın inzibati binasında baş tutub. Tədbirdə regionlarda futbolun kütləviliyinin təmin olunması, inkişafı və təbliğatının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. AFFA və RFF rəhbərliyi bir sıra layihələri müzakirə edərək yeni fəaliyyət proqramını müəyyənləşdirib.
0