İtaliya çempionatında faciə
09.03.2010 - 17:10
İtaliya çempionatında faciə
İtaliyanın D seriyasında keçirilən futbol matçında faciə baş verib. Apasport.az saytının məlumatına görə, hadisə “Borqo A Buqqano” ilə “Fossobrone” arasındakı görüşdə olub.

Qarşılaşmanın 63-cü dəqiqəsində komandasının 0:1 hesablı məğlubiyyətinə dözə bilməyən “Borqo A Buqqano”nun rəsmisi Roberto Luporini infarkt keçirib. Baş hakim Andrea Bonavia dərhal oyunu saxlayaraq, həkimləri meydançaya dəvət edib. Lakin bütün səylərə baxmayaraq, Luporininin həyatını xilas etmək mümkün olmayıb.

Bundan sonra hər iki komandanın kapitanları razılaşaraq, matçın qalan vaxtını təxirə salmaq üçün hakimlə razılığa gəliblər. Amma İdman Məhkəməsi “Borqo A Buqqano”ya daha bir zərbə endirib. Məhkəmə klub rəsmisinin ölümünün görüşün təxirə salınması üçün yetərli səbəb olmadığını bildirib və ev sahiblərinə 3:0 hesablı texniki məğlubiyyət verməklə yanaşı, 1000 avro cərimələyib.
0