“Biz məcburi istirahətlərə vərdiş etmişik”
09.03.2010 - 17:18
“Biz məcburi istirahətlərə vərdiş etmişik”
“Azərbaycanlı məşqçilərin bir müddət işlədikdən sonra xeyli vaxt kənarda qalması futbolumuzun reallığıdır. Belə məcburi istirahətlər məni yormur. Ümumiyyətlə, məni heç nə bezdirmir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.

Fasilələrlə üç dəfə milli komandamızı çalışdıran, sonuncu dönüşündə Berti Foqtsun köməkçisi olan 51 yaşlı mütəxəssis “Neftçi”dən istefa verdikdən sonra yenidən işsizdir. Hələ ki istirahət edən Sadıqov yeni təkliflər haqda düşünmür: “Neftçi”dən getməyimdən elə də çox vaxt ötməyib. Düzdür, sizinlə tamamilə razıyam ki, hər dəqiqənin bir hökmü var. Əslində, belə məcburi istirahətlərə, işimizdən kənarda qalmağa vərdiş etmişik. Əsas məsələ vicdanın qarşısında həmişə təmiz və ehtiyac olduğu halda, futbolumuza xidmət etməyə hazır olmaqdır. Mənə doğma olan milli komandamıza uğurlar arzulayıram. Ancaq “Neftçi”dən gedəndən sonra yığmaya qayıtmağa can atmamışam”.

Qeyd edək ki, Sadıqov “İnter”ə səfərdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra istefa verdi.
0