Mirça Luçesku Azərbaycana niyə rəqib olmadı?
09.03.2010 - 18:06
Mirça Luçesku Azərbaycana niyə rəqib olmadı?
Tanınmış mütəxəssis Mirça Luçesku Azərbaycan yığmasına rəqib olmaq istəməyib. Apasport.az saytının məlumatına görə, vaxtilə “Qalatasaray” və “Beşiktaş” klublarını çalışdırmış rumıniyalı mütəxəssisin Türkiyəyə qayıdışı zamanı milli komandanın sükanı arxasına keçəcəyi barədə proqnozlar verilirdi.

Ancaq sonda “ay-ulduzlular”a Qus Hiddink rəhbərlik edəsi oldu. Bu seçimi uğurlu hesab edən 65 yaşlı çalışdırıcı Türkiyəyə növbəti səfərində milli komandamızla Avro-2012-də bir qrupda yer alan yığma ilə bağlı qaranlıq məqama aydınlıq gətirib: “Mən Türkiyə yığmasına sadəcə, rəhbərlik edə bilməzdim. Çünki bu posta namizədlər sırasında da deyildim. “Şaxtyor”la müqaviləm olduğu üçün gedə bilmərəm. Müqaviləmin müddəti bitənə qədər isə belə şeylər haqda heç fikirləşmək də istəmirəm. Türkiyə Futbol Federasiyasının Qus Hiddinklə bağlı seçimi vacib addımdır. Onun unikal təcrübəsi var. Hiddinkin özü də əla çalışdırıcıdır”.

Qeyd edək ki, milli komandamız Türkiyə yığması ilə Avro-2012-də ilk oyununu bu ilin oktyabrında Bakıda keçirəcək.
0