“Rubin” daha bir türk futbolçu almaq istəyir - FOTO
09.03.2010 - 18:15
“Rubin” daha bir türk futbolçu almaq istəyir - FOTO
Rusiya çempionu “Rubin” daha bir türk futbolçunu heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, kazanlılar “Bursaspor”un yarımmüdafiəçisi Volkan Şenlə maraqlanırlar.

Türkiyə mətbuatının yaydığı xəbərdə bildirilir ki, artıq bu məqsədlə “Rubin”in iki rəsmisi Bursaya gəlib. Ruslar 23 yaşlı istedadlı futbolçunun transferi müqabilində 6 milyon avro xərcləməyə hazır olduqlarını söyləyiblər. Çempionluğa iddialı “Bursaspor” rəhbərliyi isə keçid üçün mövsümün sonunu uyğun dövr hesab ediblər.

Qeyd edək ki, hazırda “Rubin”in şərəfini 3 türk - Gökdəniz Karadəniz, Hasan Kabze və Fatih Təkkə qoruyur.
0