“Arsenal” 1/4 finala 5 qolla, “Bavariya” məğlubiyyətlə çıxdı
10.03.2010 - 01:34
“Arsenal” 1/4 finala 5 qolla, “Bavariya” məğlubiyyətlə çıxdı
Çempionlar Liqasında 1/4 final mərhələsinə yüksələn ilk iki komanda müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, “Arsenal” (İngiltərə) və “Bavariya” (Almaniya) 1/8 final mərhələsinin təkrar qarşılaşmalarını qələbə ilə başa vuraraq, qitənin ən mötəbər klub yarışında mübarizəni davam etdirirlər.

İngilislər iki həftə əvvəl “Portu”ya məğlubiyyətin (1:2) əvəzini artıqlaması ilə çıxıblar. London təmsilçisi portuqaliyalıların qapısından 5 cavabsız top keçiriblər. Matçın qəhrəmanı Norveç yığmasının futbolçusu Niklas Bendtner olub. O, rəqib qapısını 3 dəfə məyus edib.

“Bavariya” isə əzmkarlıq sayəsində mərhələ adlayıb. Münhenlilər ilk oyunda qələbə (2:1) qazansalar da, bu dəfə meydandan məğlub ayrılıblar. Amma rəqib meydanında vurulan qollara görə, almanlar 1/4 finala çıxıblar.



“Arsenal” (İngiltərə) – “Portu” (Portuqaliya) - 5:0
Baş hakim: Frank de Blekere (Belçika)
QOLLAR: Niklas Bendtner, 10; 25; 90; Samir Nasri, 63; Emmanuel Ebue, 66

“Fiorentina” (İtaliya) – “Bavariya” (Almaniya) - 3:2
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
QOLLAR: Xuan Manuel Varqas, 28; Stevan Yovetiç, 54; 64 - Marko van Bommel, 60; Aryen Robben, 65

0