Yeboa da öldü
10.03.2010 - 10:29
Yeboa da öldü
Futbol daha bir insanın ölümünə səbəb olub. Apasport.az saytının məlumatına görə, növbəti faciə Afrikada baş verib.

Qanalı futbolçu Bartolomeo Yeboa meydanda huşunu itirərək, yıxılıb. Lakin xəstəxanaya çatdırılan 20 yaşlı oyunçunun həyatını xilas etmək mümkün olmayıb. “Nanya” klubunun şərəfini qoruyan Yeboa üçün Qana çempionatının qarşılaşması sonuncu olub. Hazırda oyunçunun ölümünün səbəbləri araşdırılır.

Qeyd edək ki, Bartolomeo Qana futbolunun əfsanələrindən sayılan Entoni Yeboanın həmsoyadı idi.
0