“Neftçi” klubunda növbəti istefa
10.03.2010 - 16:15
“Neftçi” klubunda növbəti istefa
Bakının “Neftçi” klubunda növbəti məşqçi istefası baş verib. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, məşqçilər korpusuna daxil olan Şakir Qəribov öz xahişi ilə komandadan ayrılıb. Rəhbərlik 54 yaşlı çalışdırıcının istefasını qəbul edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Qəribov ötən ilin payızında baş məşqçi təyin olunan Vaqif Sadıqovun dəvəti ilə “Neftçi”yə gəlmişdi. Əsas köməkçi məşqçi olan çalışdırıcı Sadıqovun istefasından 17 gün sonra analoji addım atıb.
0