Bağışlanan hakim mərkəzi oyuna göndərildi
12.03.2010 - 15:35
Bağışlanan hakim mərkəzi oyuna göndərildi
Bir illik fasilədən sonra hakimliyə qaytarılan Anar Niyazıvun idarə edəcəyi ilk oyun müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı referi idarəçiliyə qayıdışını Azərbaycan çempionatının birinci divizionunun bu həftə keçiriləcək oyunlarında qeyd edəcək.

Niyazov martın 14-də keçiriləcək MOİK – “Neftçi” İSM matçına təyinat alıb. Bu görüşdə ona Yaşar Abbasov, Elşən Acalov və Ramil Əhmədov kömək edəcək. Ötən ilin yazında hakimlikdən kənarlaşdırılıb bu il geri qaytarılan hakimin işinə qiymət vermək isə hakim-inspektor Akif Əliyevə tapşırılıb. Bu qarşılaşma “Şəfa” stadionunun 4-cü meydançasında baş tutacaq.

Qeyd edək ki, liderlə eyni xal toplayan MOİK üçüncü, onlardan bir xal geri qalan “Neftçi” İSM dördüncü pillədə qərarlaşdığından Niyazovun idarə edəcəyi matç turun mərkəzi oyunu olacaq.
0