“Olimpik-Şüvəlan” - “Standard” matçından sonra qaydasız döyüş
12.03.2010 - 18:23
Bu gün Unibank Premyer Liqasının XXIII turu çərçivəsində keçirilmiş “Olimpik-Şüvəlan” – “Standard” matçından sonra xoşagəlməz hadisələr yaşanıb. Apasport.az saytının məlumatına görə, “Şəfa” stadionunda baş tutan görüşün final fitinin ardından hər iki komandanın futbolçuları əlbəyaxa döyüşə başlayıblar.
Davanın başlanmasına “Olimpik-Şüvəlan”ın oyunun idarəçiliyindən narazılığı səbəb olub. Hətta paytaxt təmsilçisinin seleksiyaçı-məşqçisi Səmədağa Şıxlarovun baş hakim Rauf Cabbarovu döydüyü də bildirilir.
Qeyd edək ki, “Olimpik-Şüvəlan” öz meydanında 1:2 hesablı məğlubiyyətlə üzləşib.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0