Almaniya-Azərbaycan matçı 50 min 374 nəfərlik arenada
12.03.2010 - 19:52
Almaniya-Azərbaycan matçı 50 min 374 nəfərlik arenada
Almaniya milli komandasının 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu haqda Almaniya Futbol İttifaqının bu günkü iclasında qərar qəbul edilib.

A qrupunda yer alan Almaniya millisinin ilk ev oyunu Azərbaycan yığmasına qarşı olacaq. Görüş sentyabrın 7-də Köln şəhərində baş tutacaq. Qarşılaşma 50 min 374 nəfərlik tamaşaçı tutumuna malik “RheinEnergieStadion”da təşkil ediləcək. Bu arena 16 sentyabr 1923-cü ildə istifadəyə verilib, 2001-2004-cü illərdə isə üzərində yenilənmə işləri aparılıb.

Bundan sonra Bundestim oktyabrın 8-də Türkiyə ilə görüşəcək. Oyun Frankfurt şəhərində keçiriləcək. 2011-ci ilə təsadüf edəcək 3 ev oyununa gəlincə, Almaniya millisi martın 25-də Kayzerslauterndə Qazaxıstanı, sentyabrın 2-də Gelzenkirhendə Avstriyanı, oktyabrın 11-də isə Düsseldorfda Belçikanı qəbul edəcək.
0