Yarımçıq qalan oyun üçün 40 min cərimə
13.03.2010 - 00:17
Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi martın 6-da Superliqanın 24-cü turu çərçivəsində yarımçıq dayandırılmış “Diyarbəkirspor” - “Bursaspor” matçında baş verən xoşagəlməz olaylarla əlaqədar qərar çıxarıb. Apasport.az saytının xəbərinə görə, qərara əsasən, “Diyarbəkirspor” növbəti 3 ev oyununu neytral arenada keçirəcək və klubun rəhbərliyi 40 min TL məbləğində pul cəzası ödəyəcək. Maraqlısı budur ki, TFF yarımçıq dayandırılan matçın yenidən keçirilib-keçirilməyəcəyi ilə bağlı hələ qərar çıxarmayıb.
Xatırladaq ki, həmin qarşılaşma azarkeşlərin meydana daş yağdırmaları səbəbindən 17-ci dəqiqədə dayandırılmışdı.
Xatırladaq ki, həmin qarşılaşma azarkeşlərin meydana daş yağdırmaları səbəbindən 17-ci dəqiqədə dayandırılmışdı.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0