“Olimpik-Şüvəlan” legionerini itirdi – FOTO
13.03.2010 - 00:38
“Olimpik-Şüvəlan” legionerini itirdi – FOTO
“Olimpik-Şüvəlan”ın gürcüstanlı futbolçusu Roman Qoqinaşvili üçün cari mövsüm başa çatıb. Apasport.az saytının məlumatına görə, martın 5-də komandasının “Şəfa” stadionunda keçirdiyi məşq zamanı ağır zədə alan Qoqinaşvili ən azı 6 ay futbol oynaya bilməyəcək.

Mərkəzi Gömrük Qospitalında müayinədən sonra həkimlər yarımmüdafiəçinin sağ ayağında ciddi zədə aşkar edərək, ona “ön çarpaz bağların qırılması, meniskusun yırtılması” diaqnozunu qoyub. Alınan nəticələri təhlil edən klubun həkimləri Romanın Türkiyədə əməliyyat olunmasını məqsədəuyğun sayaraq, Türkiyəyə yollanması haqda rəhbərlik qarşısında vəsatət qaldırıblar. O məşhur həkim Mehmet Binnətin klinikasında əməliyyat olunacaq.
0