FİFA-dan “Bakı” klubuna ağır zərbə
13.03.2010 - 10:33
FİFA-dan “Bakı” klubuna ağır zərbə
FİFA bolqarıstanlı müdafiəçi Aleksandr Tomaşın "Bakı" klubuna qarşı qaldırdığı iddiaya baxıb. Lent.az-ın məlumatına görə, ali futbol qurumundan Bolqarıstan Futbol Federasiyasına ünvanlanan faksda 32 yaşlı futbolçuya yeni klubu Sofiya "Slaviya"sının heyətində çıxış etməyə icazə verildiyi qeyd olunub. Sənədin surəti AFFA və "Bakı" futbol klubuna da göndərilib.

Tomaş FİFA-ya şikayətində "Bakı"nın ona 150 min dollar borclu olduğunu da göstərib. Lakin ali futbol qurumu bu məsələnin araşdırılacağını bildirib və futbolçunun yeni klubunda oynamağa tam hüququnun olduğunu bəyan edib.

Qeyd edək ki, "Bakı" klubu Aleksandr Tomaşla mövsümün sonunadək müqavilələrinin olduğunu bildirirdi.
0