Karlo Ançelotti inqilab istəmir
13.03.2010 - 11:30
Karlo Ançelotti inqilab istəmir
“Çelsi”nin baş məşqçisi Karlo Ançelotti əmindir ki, “Old Trafford”dakı fəlakətdən sonra "Milan"ın inqilablara və rekonstruksiyalara ehtiyacı yoxdur. Apasport.az saytının xəbərinə görə, Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"ə qarşı oynanan cavab matçında "rossonyerlər" 0:4 uduzub. İki matçın ümumi hesabı isə 2:7 ingilislərin xeyrinə olub.

Təbii ki, belə aşağılayıcı məğlubiyyətdən sonra şərhçilər və azarkeşlər "Milan"da yeniliklər tələb edərək klub rəhbərliyindən komandada dərhal dəyişikliklər aparılmasını istəyiblər. "Anlamaq gərəkdi ki, "Milan" hazırda əla formada olan və yüksək səviyyəli futbol nümayiş etdirən komanda ilə qarşılaşdı. Onu da unutmayın ki, milanlıların heyətində Nesta və Pato kimi çox önəmli futbolçular yoxdu", - çalışdırıcısı deyib.

Karlo Ançelotti 7 il sərasər "Milan"ın baş məşqçisi olandan sonra komandanı tərk edib və indi "Stemford Bric"dədi. Onu əvəzləyən Leonardo isə Kakanın Madrid "Real"ına gedişini nəzərə alsaq, "Milan"ın oyun taktikasını dəyişib. "Məncə, "Milan"a yenidənqurmalar və inqilablar gərək deyil. Onlar Luka Antonini, Pato, Tyaqo Silva və İqnasio Abate kimi futbolçuları dünyaya tanıtdılar. Komandanın indi cüzi korrektələrə ehtiyacı var", - Ançelotti söyləyib.
0