Növbəti yubiley ərəfəsində: Əzimov əsri yarılayır
13.03.2010 - 12:33
Növbəti yubiley ərəfəsində: Əzimov əsri yarılayır
Azərbaycan futbolu növbəti yubiley ərəfəsindədir. Apasport.az saytının məlumatına görə, martın 17-də “Neftçi” klubunun keçmiş üzvü, “Olimpik-Şüvəlan”ın hazırkı məşqçisi Novruz Əzimovun 50 yaşı tamam olacaq.

Bu münasibətlə “Ankara” şadlıq sarayında təqribən 150 nəfərin iştirakı ilə təntənəli gecə təşkil olunacaq. Əzimovdan öncə İqor Ponomaryov və Cəmaləddin Əliyevin 50 illik yubileyləri qeyd olunub.

Qeyd edək ki, Əzimov “Neftçi”dən başqa, “Kəpəz” (Gəncə) və "Terek"də (Qroznı) oynayıb. "Dinamo"da baş məşqçi işləyən veteran müdafiəçi "Bakı" və "Olimpik-Şüvəlan"da köməkçi məşqçi vəzifəsini icra edib.
0