“Xəzər-Lənkəran”ın siftəsi
13.03.2010 - 12:41
“Xəzər-Lənkəran”ın siftəsi
“Xəzər-Lənkəran” Unibank Premyer Liqasında siftə edib. Apasport.az saytının hesablamalarına görə, cənub təmsilçisi cari çempionatda ardıcıl iki böyük hesablı qələbə qazanan ilk komanda oldu.

Hər iki uğura öz meydanında nail olan Ağasəlim Mircavadovun yetirmələri ilk mərhələnin son turunda “Karvan”ı 3:0, “altılığ”ın ilk turunda “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. Son darmadağını “Xəzər-Lənkəran”ı liderliyə yüksəltdiyini nəzərə alsaq, daha əhəmiyyətli saymaq olar. Ümumiyyətlə, lənkəranlılar cari mövsümdə ən çox böyük hesablı qələbə qazanan klub kimi də öz sözünü deyir. Onlar 4 dəfə buna imza atıblar ki, bunun 3-ü Lənkəranda qeydə alınıb.
0