Ballakın Azərbaycan arzusu
13.03.2010 - 12:58
Ballakın Azərbaycan arzusu
Almaniya milli komandasının kapitanı Mihael Ballak yenə Azərbaycan yığması ilə görüşməyi arzulayır. Apasport.az saytının məlumatına görə, milli komandamızla ardıcıl ikinci seçmə mərhələdə bir qrupda yer alan Bundestimin 34 yaşlı lideri yığma karyerasını bitirmək fikrində deyil.

Ballak bunu bir neçə dəfə münaqişədə olduğu baş məşqçi Yoahim Lövlə söhbətində bildirib. Londonun “Çelsi” klubunda çıxış edən yarımmüdafiəçi Avro-2012-də, turnirin Polşa və Ukraynada keçiriləcək final mərhələsində çıxış etmək istədiyini söyləyib.

Qeyd edək ki, almanlar növbəti seçmə mərhələdə ilk oyunu sentyabrın 7-də evdə məhz milli komandamızla keçirəcək. Yığmamızla ötən seçmə mərhələdə hər iki oyunda yığmanı kapitan kimi meydana çıxaran Ballak Hannoverdə böyük hesablı qələbə (4:0) qazandıqları görüşdə penalti zərbəsindən vurduğu qolla hesabı açıb.
0