Azərbaycan - İslandiya görüşünün tarixi Təl-Əvivdə dəqiqləşəcək
13.03.2010 - 13:55
Azərbaycan - İslandiya görüşünün tarixi Təl-Əvivdə dəqiqləşəcək
Azərbaycan milli komandasının İslandiya ilə yoldaşlıq görüşü keçirməsinə martın 24-də aydınlıq gələcək. Bu barədə apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, həmin gün UEFA-nın konqresində İslandiya Futbol Federasiyanın (İFF) rəhbərliyi ilə görüşəcək.

Avro-2012-nin püşkatması zamanı İFF-nin prezidenti ilə görüş zamanı bu il Azərbaycan – İslandiya oyunun Bakıda keçirilməsi haqda ilkin razılığı əldə olunub. Ancaq Məmmədovun sözlərinə görə, görüşün tarixi ilə bağlı məsələyə UEFA-nın İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcəyi konqresdə tam aydınlıq gələcək: “Həmin konqresdə İslandiyanın Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb, oyunu müzakirə edəcəyik. Oyunun avqust, yaxud noyabr ayında keçirmək istəyirik. Bildiyiniz kimi, həmin vaxt beynəlxalq oyun keçirmək üçün FİFA “pəncərəsi” var. Avqustda razılığa gəlsək, Avro-2012-nin seçmə mərhələ öncəsi son sınağımızı evdə İslandiya yığması ilə keçirəcəyik. Əks təqdirdə, yoldaşlıq görüşünü noyabrda reallaşdıracağıq”.
0