“İlqar Qurbanovun başına elə iş gəlib ki...”
15.03.2010 - 15:39
“İlqar Qurbanovun başına elə iş gəlib ki...”
“Olimpik-Şüvəlan” Azərbaycan kuboku uğrunda “Simurq”la cavab oyununa itkilərlə çıxacaq. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Nazim Süleymanov məlumat verib. Onun sözlərinə görə, bəzi futbolçuları zədəlidir.

“Gürcü futbolçumuz Roman Qoqinaşvili üçün mövsüm artıq başa çatıb. Onu bu gün Türkiyəyə əməliyyat olunmağa yola saldıq. Usim Nduka və İsmael Fransisko zədəlidir. Sonuncu bu səbəbdən dünən məşqə çıxmamışdı” – deyə Süleymanov bildirib.

Süleymanov İlqar Qurbanovun kuryoz zədəsinə də aydınlıq gətirib. Belə ki, İlqar sağlam yatıb, zədəli durub və ayağında ağrılar hiss edib: “Deyim ki, İlqar məşq zamanı zədə aldı, yox, belə bir şey olmamışdı. Məşq edən Qurbanov səhəri gün gəlib dedi ki, ayağını yerə basa bilmir. Rentgen müayinəsindən sonra gördülər ki, barmağının yanında sümük bir az aralanıb. Onu da gipsə qoydular və nəticədə İlqar bir müddət oynamayacaq. Həkim deyir ki, min futbolçudan birində belə zədə ola bilər, o da İlqarın başına gəlib”.
0