Yığmanın hücumçusu: Mən futbolçu deyiləm, əl çəkin!
15.03.2010 - 16:10
Yığmanın hücumçusu: Mən futbolçu deyiləm, əl çəkin!
Ukrayna Premyer Liqasının hesabat turunda “Dinamo” (Kiyev) – “Vorskla” (1:0) oyunundan sonra maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Dinamo”nun hücumçusu Andrey Yarmolenko verdiyi kuryoz açıqlama ilə diqqət mərkəzinə düşüb. Ukrayna milli komandasının da üzvü olan Yarmolenko özünü futbolçu saymadığını mətbuata rəsmən etiraf edib.

Andrey “Vorskla” ilə görüşdən sonra müsahibədən imtina etməyin orijinal üsulunu tapıb. Belə ki, hələ ilk hissədə əvəzlənən hücumçu jurnalistlərlə ünsiyyət qurmağa elə də həvəsli olmayıb. Yarmolenko ukraynalı həmkarımızın müsahibə vermək xahişinə “bu günlük məndən əl çək” - deyə cavab verib. Bu zaman mətbuat nümayəndəsi Andreyə haqlı olaraq irad tutub ki, müsahibə vermək futbolçunun işinin bir hissəsidir. Ancaq buna “hələ ki, yox” cavabını alan reportyor soruşub: “Məgər siz futbolçu deyilsiniz?”

Yarmolenko da “yox, mən futbolçu deyiləm” söyləməklə, özünü gülünc vəziyyətə qoyub.
0