Aleksandr Malıgin: “Simurq”da maliyyə problemləri var idi
15.03.2010 - 16:27
Aleksandr Malıgin: “Simurq”da maliyyə problemləri var idi
“Mən həmişə evimə yaxın yerdə oynamaq istəmişəm. Yaş ötdükcə, qürbətdə yaşamaq çətin olur. Üstəlik, ailəni də ildə bir neçə dəfə görmək düzgün deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun sabiq kapitanı Aleksandr Malıgin deyib.

Ötən ay Ukraynanın “Zakarpatye” klubuna keçən müdafiəçi ölkəmizi tərk etməsinin səbəblərini açıqlayıb. Malıgin Ukrayna mətbuatına verdiyi müsahibədə maliyyə problemlərinin də keçidinə təsir etdiyini bildirib: “Simurq”da maliyyə problemləri yarandığından, klub rəhbərliyi məni buraxmağa razılıq verdi. Onlar mənim Ukrayna klubuna keçidimə heç bir problem yaratmadı. Bir-birimizin əlini sıxıb incimədən ayrıldıq”.

Qeyd edək ki, Aleksandr “Simurq”un heyətində Azərbaycan çempionatının 64 oyununa çıxıb.
0