AFFA qalmaqaldan 17 min manat qazandı
15.03.2010 - 16:42
AFFA qalmaqaldan 17 min manat qazandı
AFFA-nın İntizam Komitəsinin növbəti toplantısı keçirilib. Apasport.az saytının məlumatına görə, iclasın əsas müzakirə mövzusu Unibank Premyer Liqasının son turunda böyük əks-səda doğuran “Olimpik-Şüvəlan” – “Standard” matçı ilə bağlı olub.

Oyundan sonra meydan sahiblərinin futbolçuları Tərlan Xəlilov, Cahangir Həsənzadə, Vüsal Qarayev və qonaqların gürcüstanlı legionerləri David Çiçveişvili, Sergi Orbeladze, George Seturidze, həmçinin həmin klubun inzibatçısı Erkin Məmmədov bir-birlərinə zərbə endirdikləri üçün futbolçuların hər biri 2, rəsmi şəxs isə 4 oyunluq cəzalandırılıb. Bu Unibank Premyer Liqasının növbəti turlarına şamil edilir. İnsidentlə əlaqədar “Olimpik-Şüvəlan” 6 min manat (hər bir futbolçuya görə 2 min manat), “Standard” 10 min manat (hər bir futbolçuya görə 2 min manat, inzibatçıya görə 4 min manat) cərimə olunub.

İntizam Komitəsinin iclasında aşkar olunub ki, “Olimpik-Şüvəlan”ın məşqçisi Səmədağa Şıxlarov oyunun baş hakiminə heç bir fiziki təsir göstərməuib, sadəcə, oyun epizodlarının biri ilə əlaqədar öz etirazını bildirib.

Qeyd edək ki, “Standard”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub daha 1000 manat cərimə olunub.

0