AFFA Elxan Məmmədovu cəzalandırdı
15.03.2010 - 17:09
AFFA Elxan Məmmədovu cəzalandırdı
AFFA Unibank Premyer Liqasında mübarizə aparan üç klubu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, İntizam Komitəsi bu gün keçirdiyi iclasında “İnter ilə “Neftçi”ni öz aralarındakı oyunda futbolçuları 4 və ondan artıq sarı vərəqə aldığı üçün hərəyə 1000, “Muğan”ı isə 2000 manat cərimələyib. Son turda “Turan”la görüşdə rəqibini dirsəklə vurduğuna üçün birbaşa qırmızı vərəqə alan bosniyalı Ekram Hodziç komandasını 2000 manat xərcə salmaqla yanaşı, 2 oyunluq cəzalandırılıb.

İntizam Komitəsi əvəzedicilərin çempionatı, birinci divizion, “Azercell U-17 liqa”, “Kapitanl Bank U-15 liqa”da baş verənlərə xoşagəlməz olaylara da hüquqi qiymət verib. Burada ən çox diqqəti çəkən “Karvan” klubuna və Elxan Məmmədova verilən cəzadır. “Karvan”ın əvəzediciləri “Turan”la görüşün 82-ci dəqiqəsində meydanı tərk etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyət almaqla yanaşı, 5000 manat cərimələnib. AFFA baş katib Elxan Məmmədovun İmişlinin “MKT-Araz” klubunda çıxış edən adaşını cəzalandırıb. “Azercell U-17”liqasında çıxış edən Məmmədov “Simurq”la ev oyununda idmançıya yaraşmayan hərəkət etdiyi üçün ikinci sarı vərəqə qalaraq, meydandan çıxarılıb və buna görə 1 oyunluq diskvalifikasiya olunub.
0